"Formula-1”də vətəndaşlarımız üçün endirim olacaq

"Formula-1” üzrə Avropa Qran Prisinin biletləri yalnız yarışı izləməyə yox, tam olaraq 3 gün ərzində “Formula-1” şəhərciyində keçiriləcək əyləncə xarakterli bütün tədbirlərdə iştirak etməyə imkan yaradacaq. Bilet alanlar “Formula-1” şəhərciyindəki bütün əyləncəli tədbirlərə, axşam isə konsert proqramına qatıla biləcəklər”. Avtosfer.az xəbər verir ki, bu barədə “Formula-1” Avropa Qran Prisinin bilet satışı üzrə meneceri Zaur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, “2015-ci il dekabr ayının 19-dan “Formula-1” üzrə Avropa Qran Prisinin biletləri bakucitycircuit.com saytı vasitəsilə “online” satışa çıxarılıb: "Yaxında “Park Bulvar” Ticarət Mərkəzində yeni satış nöqtəsinin açılması planlaşdırılır. Mart ayının ortalarından isə “28 Mall”, “Port Baku” Ticarət Mərkəzlərində daha böyük stendlər fəaliyyət göstərəcək və azarkeşlər oradan da biletləri əldə edə biləcəklər”.
Menecer qeyd edib ki, iyun ayında yarış məkanın özündə də biletlər satışa çıxarılacaq: “Biletlərin böyük bir hissəsi artıq satılıb. Rusiya, Türkiyə, Finlaniya, Böyük Britaniya və digər Avropa ölkələrindən Azərbaycana gəlib yarışa canlı baxmaq üçün böyük maraq var. Azarkeşlərə məsləhət görürük ki, indidən biletlər əldə etməyə çalışsınlar”.
Zaur Məmmədov biletlərin qiymətləri haqqında da danışıb: “Formula-1” üzrə Avropa Qran Prisinin biletlərinin qiymətləri əslində 89 dollardan 590 dollara qədər olsa da, Azərbaycan vətəndaşları üçün 20-40 faiz aralığında endirim nəzərdə tutulub. Vebsayta Azərbaycan ərazisindən daxil olarkən qiymətlərin 19 dollardan 472 dollara qədər olduğu görünür. Bilet satışında xarici şirkət tərəfindən servis göstərilir və həmin şirkət dollarla əməliyyət apardığına görə, qiymətlər də bu valyuta ilə qeyd olunub.
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı










