"Formula 1"dən sonra manat ucuzlaşacaq" - EKSPERT

"Ölkədəki iqtisadi prossesləri proqnozlaşdırmaq asan deyil. Çünki prosesslər əsasən iqtisadi qanunauyğunluqlarla deyil, siyasi, inzibati və inhisarçılıq qərarları ilə baş verir".
Avtosfer.az xəbər verir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev son günlər ölkədə bankların dollara tələbatının kəskin artmasına və tələbatın təklifdən dəfələrlə çox olmasına münasibət bildirərkən deyib.
Azər Mehdiyevin sözlərinə görə, son vaxtlar ölkədə iqtisadi fəallıq aşağı salınıb: "Buna inzibati amillərin, qeyri-müəyyənliyin və ölkədəki böhranın təsiri var. İqtisadi fəallığın aşağı düşdüyü bir şəraitdə, iqtisadi strukturlar, təsərrüfat subyektləri və müəssisələrin dollara olan tələbatı azalmışdı. Amma getdikcə iqtisadi fallığın artması müşahidə olunduqca, dollara olan təlabatın artması prossesi baş verir. Ümumi götürdükdə hərraca çıxarılan 50 milyon böyük məbləğ deyil. Azərbaycanda müəssisələrin, şirkətlərin və bankların dollar dövriyəsi həftəlik 100 milyon dollarla ölçülür. İndiki halda bazara çıxarılan vəsaitin özünün miqdarı azdır. Bu da iqtisadi fəallığın aşağı salınmasını göstərir".
Ekspert bildirib ki, bank sektorunda canlanma yarandıqca, iqtisadi fəallıq artıqca, dollara olan tələbat qaçılmaz olacaq: "Bunun müqabilində ölkəyə dolları ancaq neft gəlirləri gətirir. Təbii ki,, neft gəlirləri və neftin qiymətinin indiki şəraitində ölkə iqtisadiyyatının dollara olan tələbatını ödəmək mümkün olmayacaq. Bu da qarşıdakı dövrlər üçün, manatın məzənnəsinə təzyiq edən bir amil kimi çıxış edir".
Azər Mehdiyev fikrincə, manatın məzənnəsində baş verə biləcək dəyişiklik iqtisadi fəallığın və bank sektorundakı canlanmanın nə qədər sürətlə baş verməsindən asılıdır: "Formula-1" yarışlarından sonra ölkədəki iqtisadi durum da manata təsir edəcək. Baş verən proseslər manata təzyiqin artacağını və məzənnəni sabit saxlamağın o qədər də asan başa gəlməyəcəyini göstərir".
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR










