“Formula-1”ə görə bulvarı bağlayacaqlar

Bakı Bulvarının bir hissəsi iyunun 17-19-da Avropa Qran Prisinə bileti olmayanlar üçün bağlı olacaq. Avtosfer.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, Dənizkənarı bulvarda Azneft meydanından Dəniz vağzalına qədər olan hissədə “Formula-1” şəhərciyi olacaq, bileti olmayan isə əraziyə buraxılmayacaq. Nigar Arpadarai bildirib ki, bilet almayanlar “Formula-1” şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə tanınmış dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışını izləyə bilməyəcəklər. “Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər”.
Onun sözlərinə görə, bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər: “Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Məqsədimiz Avropa Qran Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir”.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov oxu.az-a bildirb ki, idarənin əməkdaşlarına bulvara sərbəst daxil olmaq üçün xüsusi buraxılış veriləcək.
Qeyd edək ki, “Formula-1” Avropa Qran Prisi iyunun 17-19-da Bakıda keçiriləcək. “Formula-1” şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsı ardıcıllıqla çıxış edəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












