Fövqəladə Hallar Nazirliyi Əli Həsənovun köşklərini sökür - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən binanın arxasında, yolun kənarındakı yaşıllıq zolağında 1 sentyabr 2020-ci il tarixində ölçüləri 3mx3m olan yüngül konstruksiyalı 2 ədəd köşkün naməlum şəxslər tərəfindən quraşdırıldığı aşkar olunub. Bu barədə Avtosfer.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim edilmədiyindən qeyri-qanuni hesab edilib.
Odur ki, göstərilən köşklər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə 2 sentyabr 2020-ci il tarixində ərazidən götürülüb.
Bəzi məlumatlara görə, sözügedən köşklər Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun himayəsində olan "Azərmətbuatyayımı" ASC-yə məxsusdur.




Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










