Fransa: Muzeylərdən oğurluq seriyası davam edir - FOTO

Fransada muzeylərdən dəyərli əşyaların oğurlanması davam edir.
Avtosfer.az xəbər verir ki, bu dəfə məşhur maarifçi Deni Didronun Lanqr kommunasındakı ev-muzeyi (Maarifçilik evi) talana məruz qalıb. Ötən gün mühafizəçilər sürgülü qapının qırıldığını görüblər. Yoxlama zamanı vitrinlərdən birininqırılaraq oradakı qızıl və gümüş sikkələrin götürüldüyü məlum olub.
Ekspertlər hadisə yerinə baxış keçirərkən oğurluq edən şəxsin peşəkar davrandığını aşkara çıxarıblar. Hadisəni törədən şəxs yalnız bazar dəyəri yüksək olan sikkələri götürüb, digər eksponatlara toxunmayıb. Ekspozisiyada sərgilənən pullar 2011-ci ildə Didronun ev-muzeyinin bərpası zamanı tapılmış dəfinənin 1 hissəsidir. Dəfinədə 1633 gümüş və 319 qızıl sikkə olub (1790-1840-cı illər). O dövrdə dəfinənin dəyəri 90 min avro idi. Həmin vaxtı birjada qızılın 1 unsiyası 1910 dollar, gümüşün isə 34 dollar idi.

Bu, Fransa muzeylərindən yeganə bahalı oğurluq hadisəsi deyil. Luvr muzeyindən bu həftə qarət olunmuş eksponatların dəyəri 88 milyon avrodan çoxdur. Sentyabrda Paris Təbiət Tarixi Muzeyindən oğurlanmış qızıl külçələrinin kütləsi 6,5 kiloqram, bazar dəyəri 1,5 milyon avrodur. Külçələr təbii olduğu üçün elmi və mədəni dəyəri daha yüksəkdir. Yenə ötən ay Limoj keramika muzeyindən oğurlanan çini qabların dəyəri 10 milyon avroya yaxındır.

Luara muzeyindən oğurlanmış 300 quş müqəvvasının dəyəri isə tam müəyyənləşdirilməyib. Ekspertlər muzeylərin mühafizəsinə yetərli həcmdə malıiyyə ayrılmadığı qənaətindədirlər.
Vüqar
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












