Fransada küçələrə zirehli texnika çıxarıldı - VİDEO
Bu gün Fransada fermerlərin kütləvi etiraz aksiyası keçirəcəyi gözlənilir.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, kənd təsərrüfatı ilə məşğul olan fransızlar paytaxt Parisi tam blokadaya alacaqlarını elan ediblər.
Onlar şəhərə hər hansı məhsulun çatdırılmasına əngəl olmaq üçün 7 magistral yolu bağlamağı planlaşdırırlar. Etiraz aksiyasının 5 gün davam edəcəyi bildirilir.
Fransanın Daxili İşlər Nazirliyi isə aksiya ilə əlaqədar olaraq Paris yaxınlığında küçələrə zirehli texnika çıxarıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə Parisin cənubunda Ryunji kommunası ərazisində zirehli maşınlar və polis kordonu əks olunub.
Qeyd edək ki, Fransada son həftələrdir fermerlər etiraz aksiyaları keçirir. Onlar traktorlarla əsas avtomobil yollarını bağlayır, inzibati binalara peyin atırlar. Kənd təsərrüfatı ilə məşğul olanlar hökumətin bu sahədəki siyasətini tənqid edir, ölkəyə kənd təsərrüfatı məhsullarının idxalına, sudan suvarma üçün istifadə olunmasına qoyulan məhdudiyyətlərə, dizel yanacağının qiymətinin artırılmasına qarşı çıxırlar.
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ









