Fransadakı tətil Bakı-Paris aviareyslərinə təsir etməyib

Fransada dövlət qulluqçularının tətili ilə əlaqədar aviareyslərin 30%-i təxirə salınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Fransada aviareyslərin əsas idarəedicisi aviaşirkətlərə Paris, Bordo, Lion, Nitsa, Marsel, Tuluza aeroportlarından uçuşları azaltmaq üçün müraciət edib. Bununla bağlı sərnişinlərə uçuşdan əvvəl reysləri haqqında məlumat almaq üçün aviaşirkətlə əlaqə saxlamaları məsləhət olunur.
Məlumata əsasən, “Air France” çərşənbə axşamına olan uçuş proqramının 75%-ni təxirə salır. Britaniya loukosteri “Easyjet” də Fransaya bazar ertəsi və çərşənbə axşamı üçün 104 reysin təxirə salındığını bildirib. İrlandiyanın “Ryanair” şirkəti də avaidispetçerlərin tətili ilə bağlı 220 reysi təxirə saldığını açıqlayıb.
Bakı beynəlxalq aeroportundan "Report"a bildirilib ki, Fransaya olan uçuş qrafikində (AZAL-ın aviareysləri) hələlik heç bir dəyişiklik yoxdur.
Həmkarların məlumatına əsasən, çərşənbə axşamı Fransanın hər yerində 150 yığıncaq keçiriləcək. Bu tətillərdə hökumət tərəfindən təklif olunan tədbirlərə qarşı çıxan 5,4 mln. fransızın iştirakı gözlənilir. Onlar xüsusilə də iş yerlərinin azaldılmasına etiraz edir, rəsmi maaşların indeskləşdirilməsini tələb edirlər. Qeyd edək ki, tətil aeroportla yanaşı xəstəxanaların, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanlarının işinə təsir edəcək.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










