"Galendewagen" qəzasına görə işdən qovulan rəisin pulla dolu seyfi oğurlandı

Bu günlərdə Bakıda mənzildən içərisi pulla dolu seyf oğurlanıb. Avtosfer.az saytı lent.az-a istinadla xəbər verir ki, Xəzər rayon Zirə qəsəbəsində yerləşən və Bakı sakini Mübariz Mədətova məxsus olan bağ evindən içərisində 10 000 ABŞ dolları və 40 000 avro olan seyf oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, içi pulla dolu seyfi oğurlanan Mübariz İsrafil oğlu Mədətov yüksək vəzifələrdə çalışıb. O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsində çalışarkən ölkə başçısının göstərişi ilə işdən çıxarılıb. Buna səbəb isə M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurması və ailənin iki üzvünün ölməsi olmuşdu.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












