"Gecə boyu yollar nəzarətdə saxlanılacaq" - VİDEO

Paytaxtda davam edən qarlı hava şəraiti səbəbindən "Azəravtoyol" ASC-nin texnikaları Bakı-Sumqayıt yolunu qardan təmizləyirlər. Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli xəbər verib. "Hazırda texnikalar yoldadır. Gecə boyu yollar nəzarətdə saxlanılacaq" – deyə o bildirib. A.Nəcəfli qeyd edib ki, ASC-nin balansında olan küçə və prospektlər, həmçinin respublikanın avtomobil yolları səhər saat 5-6 radələrində yenə qardan təmizlənəcək. "Ancaq bu o demək deyil ki, texnikalar işləri bitən kimi qarajlara gedəcək. Xeyr, belə deyil. Bütün problemli ərazilər nəzarət altında olacaq və texnikalar gecə boyu hazır vəziyyətdə bu ərazilərdə saxlanılacaq. Problem yaranan kimi qarın təmizlənməsinə, hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi işlərinə cəlb olunacaqlar" – deyə o əlavə edib.
Qeyd edək ki, gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












