Gədəbəy-Saratovka yolunun tikintisinə ayrılan pulları kim yedi?

Gədəbəydən Qaynarinfo.az-a yeni məlumatlar daxil olub. Redaksiyamıza məlumat verən mənbə icra başçısı Ramiz Yediyarova qarşı mənimsəmə iddiaları ilə çıxış edib. Mənbə bildirir ki, Gədəbəy-Saratovka yolunun yenidən qurulması üçün dövlət büdcəsindən vəsiat ayrılsa da, bu günə qədər yol təmir olunmayıb. Yolun asvalt örtüyü qaşınıb və 2 ildi ki, bu vəziyyətdə saxlanılıb. Mənbə iddia edir ki, dövlət büdcəsindən ayrılan vəsait Ramiz Yediyarov tərəfindən mənimsənilib. Elə buna görə də yol bu günə qədər təmir olunmayıb. Yolu bu vəziyyətdə saxlayan Ramiz Yediyarovun xüsusi bəhanəsi var. Guya burdan Gədəbəyə su xətti çəkiləcək. Ondan sonra isə yol təmir olunacaq. Amma nə hikmətdisə, nə su xətti çəkilir, nə də yol. Bu kənddə hərbi hissənin yerləşdiyini nəzərə alsaq, yolun nə qədər böyük əhəmiyyətə sahib olduğu anlaşılar. Amma deyəsən Ramiz Yediyarovu nə hərbçilərin, nə də ki, sakinlərin çəkdiyi əziyyət maraqlandırır.
Məlumat verən mənbə bildirir ki, Ramiz Yediyarov təkcə Gədəbəy-Saratovka yolu üçün yox, rayonun kəndlərinə gedən yolların təmiri üçün də dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib. İcra başçısı bu günə qədər heç bir kənd yolunda təmir işləri apartdırmayıb. Amma İcra Hakimiyyətinin hesabatlarında bir çox kəndlərə yeni yolların çəkildiyi, bir çoxlarının təmir olunduğu göstərilib.
Mənbənin sözlərinə görə, Ramiz Yediyarovun ölkənin bir çox yerində evləri, vilları var. Onun Novxanıdakı villasının qiyməti bir neçə milyon manatdır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












