Gediş haqlarının qaldırılması iğtişaşlara səbəb olub
Gündəm
12 Yanvar 2018 09:46
Oxunub 973

Asayiş keşikçiləri səs qumbaraları tətbiq ediblər
Braziliyanın paytaxtı San-Pauluda ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasına qarşı keçirilən nümayiş qarşıdurma ilə nəticələnib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, etirazçılarla polis arasında toqquşmanın kadrlarını yerli “Globo” telekanalı nümayiş etdirib. Narazı kütlənin metro stansiyalarından birini bağlamaq cəhdindən sonra, hüquq-mühafizə orqanları əməkdaşları onlara qarşı səs qumbaralarından istifadə ediblər. Ən azı bir asayiş keşikçisi xəsarət alıb. Yanvarın 7-dən ictimai nəqliyyatda bir gedişin haqqı 1,18 dollardan 1,24 dollara qaldırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













