Gediş haqqı UCUZLAŞDI

"Bakı-Sumqayıt qatarının gediş haqqı azaldılıb". Avtosfer.az xəbər verir ki, bunu anspress-ə Azərbaycan Dəmir Yollları QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov deyib. Xidmət rəhbəri biznes-klas üçün nəzərdə tutulan yerlərin qiymətinin 2,50 AZN-dən 1,60 AZN-ə endirildiyini bildirib. "Artıq iyulun 1-dən qiymətlərdə endirimlər etmişik. Buna səbəb həmin yerlərə tələbatın az olması idi. Amma 15 gündür, qiymətləri endirmişik və sərnişin sayında bu hiss olunur". Qeyd edək ki, bu istiqamətdə ikimərtəbəli qatarlar işləyir. Ötən ilin sentyabrın 15-dən Bakıdan Sumqayıta tam gücü ilə qatarlar işə düşüb. Həmin qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edirlər.
Bakı-Sumqayıt dəmir yol xəttində vahid kart sistemindən istifadə olunur. Burada gediş haqqı 80 qəpik, VİP yerlərdə isə 2,50 manat idi. "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












