Gedişhaqqını süni şəkildə artıran sürücülər cəzalandırıldılar - Biləsuvarda

Biləsuvar rayonundan Bakı istiqamətində sərnişindaşımada qiymət artımı müşahidə olunur. Avtosfer.az report-a istinadən bildirir ki, süni qiymət artımını yaradanlar mikroavtobus sürücüləridir. Belə ki, Bakıya gedən hər bir sərnişindən gedişhaqqı olaraq 5 manat alınır. Bu isə Tarif Şurası tərəfindən nəzərdə tutlan miqdardan 2,10 manat çoxdur. Sərnişinlərin əksəriyyəti qiymətlərin uzun müddətdir ki, süni şəkildə şişirdilməsindən xəbərsiz olublar. Eyni vəziyyət Biləsuvardan Cənub rayonlarına hərəkət edən sərnişindaşımada da müşahidə olunur. Bir neçə vətəndaşın müraciəti əsasında ərazidə reyd keçirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları mövcüd neqativ halı araşdırıb müvafiq tədbir görüblər.
Ümumilikdə aparılan reyd zamanı 6 sürücü barəsində inzibati protokol tətbiq olunub. Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












