“Gelandewagen” almağa cibimdə 12 manatla getmişdim” - Baləli

Avtodünya 29 May 2024 22:21 Oxunub 854
“Gelandewagen” almağa cibimdə 12 manatla getmişdim” - Baləli
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Mən bazarlarda "bişmişəm", əziyyət çəkmişəm. Özümü dolandırmışam. Xasiyyətim budur ki, istəmişəm hər zaman cibimdə pulum olsun. Özüm üçün işləmişəm. Geyimimi özüm almışam. Atamın kasıb vaxtını hiss etmişəm. Atalar övladlarına kasıb və ya varlı olduğunu heç zaman bildirmirlər. Uşaqlıqdan çalışırdım ki, valideynlərimə yük olmayım".

Avtosfer.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri meyxanaçı Baləli Rzayev qonaq olduğu "Qapqara" verilişində deyib.

Meyxanaçı ailədə ərköyün böyüdüyünü, lakin elə olmadığını bildirib:

"Nənəm həyat yoldaşının adını mənə qoyub. O məni uşaqlıqdan ərköyün böyüdüb. Amma mən o ərköyünlüyə getmədim. Mən ərköyün deyiləm. Özümü əziyyətə hər zaman öyrətmişəm. Bilirəm ki, həyatda heç nə asanlıqla qazanılmır".

"Ayaqqabı satışı sənə nə öyrətdi?" sualına söz xiridarının cavabı belə olub:

"Ayaqqabı satmaq mənə bəzən doğru, bəzən isə yalan danışmağı öyrətdi. Bəzən yalan doğru, doğru isə yalan qatmağı öyrətdi. Bir sözlə, mənə alverçiliyi öyrətdi. Uşaqlıqdan ayaqqabı sataraq çox sayda insanlarla ünsiyyət qurdum. Mən bildim ki, insanlara nə lazımdır. Anlayıram ki, sırf meyxanaya köklənərək nələrsə etmək olmaz. Çünki meyxananın özünün belə "şkalası" var. Yəni meyxana bir yerə qədərdir. Bundan qırağa çıxarmaq üçün nələrsə əlav etmək lazımdır. Mən meyxananı daha da zirvələrdə görürəm. Mənim üçün meyxana tək çadırlarda deyil".

Baləli avtomobil almaq üçün maşın bazarına cibində 12 manatla getdiyini açıqlayıb:

"Sonuncu dəfə avtomobil almağa gedəndə cibimdə 12 manat pul vardı. Mən müəyyən qəza keçirmişdim. Dostlarım o qədər məni səmimi qəbul edirlər ki... Həyatda puldan çox yaxşı dostlar qazanmışam. Bilirəm ki, onlar məni darda qoymayacaqlar. Onları da darda qoymayan Allahdır. Allah onları mənə vasitə kimi göndərib. Cibimdə 12 manat pulum vardı və avtomobilimi aşırmışdım. Həmin gündən 3-4 gün keçmişdi, özümə gəlmişdim. Fikirləşirdim ki, dost, düşmən var. Mənə deyirdilər ki, sən kasıb uşaqsan, neynirsən bu "Gelandewagen"i? Axı, "Gelandewagen" tək varlılar üçün düzəlməyib ki... Pulun varsa, istəyirsən sən də al. Bu, zövq məsələsidir. Mən bu avtomobilin xəstəsiyəm. Həvəsim olan şeyə də əlimdən gələni edirəm ki, o mənim olsun. Bu mənim həyat prinsipimdir. Dostuma deyirəm ki, mənim dostlarım da var, düşmənlərim də. Məni düşmənlərimin yanında xar etmə. O pulla da dostumun köməyi ilə "Gelandewagen"i alıb çıxmışam".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh