"Gelandewagen" olayında adı hallanan deputatdan etiraf: "...mənim də payım var"

Son zamanlar Azərbaycanda bəzi millət vəkillərinin fikirləri qalmaqal yaradır. Buna səbəb isə onların qeyri-etik sözlərdən istifadə etməsi göstərilir. Son vaxtlar gündəmdə millət vəkili Astan Şahverdiyev və onun məşhur "Gelandewagen" qəzası ilə bağlı dediyi sözlərdir. Hələ bu ilin aprel ayında Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirə olunmuşdu. Yeni hazırlanmış qanun layihəsində deputatlar üçün bəzi qadağalar nəzərdə tutuldu. Belə ki, Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması, gündəlikdən kənar mövzuda danışması və s. bir neçə məsələ qadağan edilir.
Ötən gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. A24 yeni hazırlanmış qanun layihəsi ilə bağlı millət vəkili Astan Şahverdiyevdən açıqlama alıb. O, bu haqda danışmayacağını, lakin qanunu dəstəklədiyini bildirib. "Cənab prezident sərəncam veribsə, mütləq yerinə yetirilməlidir. Bu məsələ haqda başqa bir fikir bildirmək istəmirəm. Danışmağa halım da yoxdur. Bilirəm ki, o qanunun imzalanmasında mənim də payım var. Buna görə də prezident İlham Əliyevi alqışlayıram və yaxşı edib sərəncam imzalayıb".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












