"Gelandewagen" qəzasında yaralanan türklərdən xəbər var

Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq Baku Medical Plaza-ya aparılan, daha sonra Ankaradakı Gülhanə hospitalına köçürülən Türkiyə vətəndaşlarının səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib. Ankaradakı Gülhanə Hospitalından Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, yaralı Muttalip Tekiş hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır. Onun həyat yoldaşı Songül Tekiş isə evə buraxılıb. Xanım Tekişin vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən "Mercedes Gelandewagen" markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












