"Gelandewagen"də ölən Mehdi kimdir? - YENİ FAKTLAR

Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada həlak olan "Mercedes Gelandewagen" markalı avtomobilinin sürücüsü Mehdi Əliyev barədə femida.az -a yeni məlumatlar daxil olub. Avtosfer.az xəbər verir ki, Mehdi Əliyev sadə bir ailənin övladıdır. 1987-ci ilin aprelin 16-da Bakı şəhərində anadan olub. Bir müddət Bakı şəhərində yerləşən R&B kafedə çalışıb. Mehdi Əliyevin ailəsi isə heç də imkanlı olmayıb. Femida.az-ın əldə etdiyi məlumata görə, bir neçə il əvvəl ailə həyatı quran Mehdinin bir oğul övladı var. Hadisənin baş verdiyi "Mercedes Gelandewagen" markalı avtomobil ona məxsus olmayıb. Məlumata görə, Mehdi Əliyev taksi və şəxsi sürücü işləyib. Qəza da həmin vaxt baş verib. Dostlarının sözlərinə görə, Mehdi Əliyev xasiyyətcə çox təmkinli və sadə bir insan olub. Hətta bir neçə dəfə dostları ilə birlikdə internat evlərinə uşaqlara da yardım edib.
Xatırladaq ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












