Gələn ayın yarısı qeyri-iş günü olacaq

Azərbaycanda mart ayı ərzində bayram və istirahət günləri nəzərə alınmaqla, 14 günədək qeyri-iş günü olacaq. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, mart ayı ərzində 2 bayram qeyd olunacaq. Ölkə qanunvericiliyinə uyğun olaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1 gün, Növruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab edilir. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər. Ümumilikdə, bayram və istirahət günləri nəzərə alındıqda dövlət müəssisələrində 5 günlük iş həftəsi ilə çalışan işçilər mart ayı ərzində 14 gün, 6 günlük iş həftəsi ilə çalışanlar 10 gün istirahət edə biləcəklər. Qeyd edək ki, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var. Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə, bu bayramlar növbəti iş günlərinə keçirilir.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev










