Avtosfer.az | Reklam
Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? - TƏBİB-dən AÇIQLAMA
Gündəm 8 Avqust 2020 21:26 Oxunub 13006
Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? - TƏBİB-dən AÇIQLAMA

Bu gün müzakirə olunan məsələlərdən biri də rayonlara gediş-gəlişin təmin olunmasıdır. Son həftələr gündəlik yoluxanların sayı xeyli aşağı düşüb. Belə ki, dünən 144 nəfər koronavirusa yoluxub, 425-i isə sağalaraq evə buraxılıb. Yoluxanların sayı azalarsa, gələn həftədən vətəndaşlar koronavirus testindən keçib rayonlara gedə bilərmi?

Avtosfer.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu məsələ gündəmdə deyil: “Operativ Qərargahın brifinqində bununla bağlı suallar cavablandırıldı. Hazırda bu məsələ müzakirə olunmur. Növbəti mərhələdə bununla bağlı hansı qərar veriləcəksə, bu barədə Operativ Qərargah ictimaiyyətə açıqlama veriləcək. Ümumiyyətlə, bununla bağlı qərarı Operativ Qərargah verir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh