Gələn il 51 yol layihəsi ilə bağlı yeni sərəncam nəzərdə tutulub

“2018-ci ildə Prezident İlham Əliyevin 51 yol layihəsi ilə bağlı sərəncamı nəzərdə tutulub”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib. O qeyd edib ki, bununla da yerdə qalan rayonların kənd və qəsəbələrinin, o cümlədən Bakı və şəhər qəsəbələrinin birləşdirilməsi mümkün olacaq: “Bu layihə 3 milyon 700 min əhalinin rahat yoldan istifadə etməsi deməkdir. Çalışacağıq sərəncamdan irəli gələn işləri vaxtında və keyfiyyətli yerinə yetirə bilək. Bu da Azərbaycanda yerli əhəmiyyətli yolların tam asfaltlaşması deməkdir”.
40 yol layihəsindən danışan S.Məmmədov əlavə edib ki, bu, rayon və kəndlərin, eləcə də qəsəbələrin birləşməsi demək deyil: “Layihədə yüzlərlə qəsəbə və kəndlərin şəhər mərkəzi ilə birləşməsi nəzərdə tutulur. Layihə çərçivəsində 2 milyon 300 min əhalinin rahat yoldan istifadəsi planlaşdırılır. 40 yol layihəsindən artıq 34-ü başa çatdırılıb. Prezidentin iştirakı ilə artıq 26 yolun açılışı olub. İlin sonuna kimi layihənin tamamlanmasını yekunlaşdıranda ölkə başçısının iştirakı ilə açılışı olacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












