Gələn il qaz limitləri ləğv olunur? - AÇIQLAMA

Qaz sərfiyyatının artması fonunda əhali arasında limitlərin ləğvi məsələsi gündəmə gəlib. Avtosfer.az-ın xəbərinə görə, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli konkret.az-a açıqlmasında bildirib ki, ölkədə kommunal xidmətlər üzrə bütün tarif qərarlarını Nazirlər Kabineti yanında Tarif Şurası verir və bu məsələ uzun müddətdir müzakirə olunsa da, real addım atılmayıb.
Ekspertin sözlərinə görə, qaz və işıq limitlərinin aradan qaldırılması ilə bağlı əvvəllər müəyyən müzakirələr aparılsa da, artıq bu mövzu gündəmdə deyil:
“Limitlərlə bağlı məsələ dəfələrlə gündəmə gəlsə də, hər hansı qərarın qəbul olunduğunu görməmişik. İndi isə ümumiyyətlə bu istiqamətdə müzakirələr aparılmır.”
Natiq Cəfərli həmçinin qeyd edib ki, gələn ildən su və digər kommunal xidmət tariflərinin artırılması ilə bağlı çağırışlar səslənir. Dövlət şirkətləri yüksək maya dəyəri və xərclərin gəlirləri ödəməməsi fonunda öz narahatlıqlarını bildirirlər.
Ekspert hesab edir ki, məhz bu səbəbdən qaz limitinin ləğvi real görünmür:
“Düşünmürəm ki, yaxın zamanda bununla bağlı qərar qəbul olunsun”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












