Gələn il üçün Azərbaycanda baş verəcək Günəş tutulmalarının sayı açıqlanıb

Gələn il üçün Azərbaycanda baş verəcək Günəş tutulmalarının sayı açıqlanıb. Avtosfer.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Report”a açıqlamasında deyib ki, 2018-ci ildə ölkədə üç Günəş tutulması hadisəsi qeydə alınacaq.
O bildirib ki, bu dəfəki Günəş tutulmalarının hamısı qismən olacaq: “Yəni, bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq. Üç Günəş tutulmasından ikisi Cənub, biri isə şimal yarım kürəsində müşahidə olunacaq. Gələn il üçün Günəşdə tam tutulma baş verməyəcək. Günəşin maksimum 70 faiz hissəsi tutulacaq”.
X.Mikayılov qeyd edib ki, ilk Günəş tutulması fevralın 15-də baş verəcək: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək. Yəni, tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antraktidada müşahidə olunacaq.
İkinci Günəş tutulması iyulun 13-ü saat 05:48:23-də qeydə alınacaq. Tutulmanın maksimumu 07:01:05-də, sona çatması isə 08:13:44-də olacaq. Tutulma hadisəsi Avstraliyanın cənub ucqarı ilə Antraktidanın aralığında müşahidə ediləcək. Həmin ərazidə də demək olar ki, insanlar yaşamır.
Üçüncü Günəş tutulması hadisəsi avqustun 11-də saat 12:02:08-də başlayacaq. Tutulmanın maksimumu saat 13:46:24-də, sona çatması isə 15:30:40-da olacaq: “Sonuncu tutulma şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












