Gəmi ilə gələn şəxsdən 1 kiloqrama yaxın qızıl müsadirə edilib - FOTO

Gəmi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşından 1 kiloqrama yaxın qızıl müsadirə edilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Türkmənistandan “Bagtyyar” gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşı Muhammet Charyyevin gömrük nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycana gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında vətəndaş Charyyev Muhammet saxlanılaraq təkrarən gömrük postuna dəvət olunub və onun üzərində qızıl məmulatlarının olub-olmaması barədə sorğu-sual edilib. Keçirilən gömrük nəzarəti zamanı vətəndaş Charyyev Muhammet ümumi çəkisi 203 qram olan qızıl məmulatlarını gömrük nəzarətinə təqdim edərək bildirib ki, həmin qızıl məmulatları Türkmənistan vətəndaşı Moshyyeva Bıbıjemala məxsusdur və onun xahişi ilə digər üç nəfər qadın sərnişindən götürüb, sonradan isə həmin məmulatları onunla birgə “Bagtyyar” gəmisi ilə gələn və həmin qızıl məmulatlarının sahibi olan Moshyyeva Bıbıjemala təhvil verəcək. Bundan sonra Türkmənistan Respublikasından “Bagtyyar” gəmisi ilə Azərbaycan Respublikasına gələn Türkmənistan Respublikası vətəndaşları Palıvanova Oguljennetin və Moshyyeva Bıbıjemalın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış keçirilib. Şəxsi yoxlama və əl çantasına baxış zamanı ümumi çəkisi 790 qram olan qızıl məmulatları aşkar olunub. Beləliklə, hər üç vətəndaşdan ümumilikdə, cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














