Gəmiçiliyin təchizat-yedək gəmisi əsaslı təmir olunub - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Andoqa” təchizat-yedək gəmisi əsaslı təmir olunub. Gəmiçilikdən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Bildirilib ki, gəminin baş mühərrikləri, əsas və ehtiyat nasosları, boru sistemləri, energetik qurğuları və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub. Gəmidə iki ədəd yeni köməkçi dizel mühərrik quraşdırılıb, gövdəsinin yararsız hissələri dəyişdirilib, baş göyərtənin taxta örtüyü təzələnib, işıqlandırma sistemi yeniləri ilə əvəzlənib. Bundan başqa, işçi heyətin yaşayış kayutlarında, sanitar qovşaqlarda və yeməkxanada da təmir işləri aparılıb. Təmir çərçivəsində “Andoqa”nın sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəmi sahil və dəniz sınağından uğurla keçib. “Andoqa” təchizat-yedək gəmisi dənizdə neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında istismar olunur. Uzunluğu 67,58 metr, eni 13,8 metr olan gəmi “Wartsila” firmasının istehsalı olan 2 ədəd 9R32 tipli, 2х3915 at gücünə malik mühərriklərlə təchiz edilib.
Namiq
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ















