Gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb - Cəlilabadda

Cəlilabad rayonunda gənc oğlanı öldürən şəxs saxlanılıb. “Report”un Aran bürosunun məlumatına görə, rayonun Musalı kənd sakini, 22 yaşlı Sirus İlham oğlu Nəsirov martın 2-də evdən çıxıb və geri qayıtmayıb. Onun valideynləri Cəlilabad Rayon Polis Şöbəsinə gələrək S.Nəsirovun itkin düşməsi barədə məlumat veriblər. Cəlilabad Rayon Poliş Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti Musalı kəndinin dağlıq ərazisində tapılıb. İlkin müayinə zamanı onun öldürüldüyü aşkar olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Onlardan biri, rayonun Musalı kənd sakini, Seymur İsfəndiyar oğlu Muradov S.Nəsirovu öldürdüyünü etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












