Gəncə Avtomobil Zavodu və Siyasi Psixologiya Mərkəzi saziş imzalayıb - FOTO

“Gəncə Avtomobil Zavodu” İB və “Azərbaycan siyasi psixologiya Mərkəzi” müəssisədə əmək məhsuldarlığının artırılması məqsədilə əməkdaşların fərdi potensiallarının inkişaf etdirilməsi üzrə treninqlərin keçirilməsi barədə saziş imzalayıb.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, “Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının rəhbəri Xanlar Fətiyev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış Strateji yol xəritəsinə müvafiq olaraq iqtisadiyyatın yeni modelinə keçid şəraitində təkcə istehsalat prosesini yox, həm də “insan kapitalını” inkişaf etdirmək lazımdır.
X.Fətiyev deyib: “Strateji sənəddə qeyd olunur ki, “İnsan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur”.
Yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün müəssisənin işçiləri üçün onların peşəkarlığının artırılmasına yönəlmiş treninqlər təşkil olunacaq. Bu strateji əhəmiyyətli məsələ siyasi psixologiya mərkəzi ilə birgə həyata keçiriləcək. Bu mərkəz Azərbaycanın siyasi əlaqələrinin dünyada “yumşaq güc” yolu ilə inkişaf etdirməsi ilə yanaşı, testlər, treninqlər, psixoloji menecmentlər vasitəsilə insan potensialının inkişafının yeni üsullarını həyata keçirir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA











