Gəncə hospitalından qaçan əsgər belə saxlanıldı - VİDEO
Gündəm
26 Avqust 2021 12:55
Oxunub 1122

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
Avtosfer.az-ın məlumatna görə, Azərbaycan polisinə, təhlükəsizlik xidmətinə daxil olan operativ məlumatlar əsasında bəlli olub ki, əsgər C.Babayev Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidədir və o həmin evdə saxlanılaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təhfil verilib.
Ermənistan Təhlükəsizlik Xidməti xəbəri təsdiqləyərək, guya Cəmil Babayevin Ağdərə istiqamətində sərhədi pozduğunu iddia edir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













