Gəncə-Moskva reysində təhlükəli sərnişin - Xüsusi əməliyyatla həbs edildi +Foto

Bu gün saat 15:30-a uçuşu planlaşdırılan Gəncə-Moskva reysi iki saat gecikib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin təhlükəli şəxs olması ilə bağlı daxil olan məlumatdır. Belə ki, Gəncədən Rusiyanın paytaxtına uçan 110 sərnişindən biri ilə bağlı Moskvadan təcili informasiya daxil olub. Bildirilib ki, şübhəli sərnişinin uçuşuna qadağa qoyulmalıdır. Hadisə ilə bağlı xüsusi təyinatlı qrup tərəfindən Gəncə aeroportunda əməliyyat keçirilib. Əməliyyata təlim görmüş itlər də gətirilib. Nəticədə hərəkətdə olan təyyarə geri qaytarılaraq əlində göy çantalı 25-26 yaşlı şübhəli saxlanılıb.
İki saatlıq gecikmədən sonra təyyarə saat 17:30-da Moskvaya uçub. Hələ ki, hüquq mühafizə orqanları baş verən əməliyyatla bağlı rəsmi məlumat yaymayıblar.


Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












