Gəncə-Naxçıvan reyslərinin bahalaşması ilə bağlı - AÇIQLAMA

Tarif Şurası beynəlxalq reyslər üzrə qiymətlərə heç bir zaman qarışmayıb.
Amma daxili qiymətləri Tarif Şurası müntəzəm olaraq tənzimləyir. Bilirsiz ki, Ermənistan üzərindən hava məkanı bağlıdır.
Biz Gəncə-Naxçıvan uçuşlarını bərpa etmək istəyirdik. Gəncədən bu gün Naxçıvana uçmaq üçün İran üzərindən giriş-çıxış, yəni marşrut Bakıdan daha uzun əmələ gəlir.
Avtosfer.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib. “Bununla bağlı biz Tarif Şurasına müraciət etmişdik. Reyslər səmərəli deyildi. Onlar iki dəfə buna baxdıqdan sonra, 60 manat məbləğində tarifə razılıq veriblər”, - deyə o qeyd edib.
“Bakıdan Naxçıvana tarif 70 manatdır. Biz 50 manat sərnişinlərdən, 20 manat isə hökumətdən kompensasiya alırıq. Amma Gəncə-Naxçıvan reyslərində bu kompensasiya yoxdur”, - deyə vitse-prezident əlavə edib. Qeyd edək ki, Tarif Şurası tərəfindən Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiqlənib.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












