Gəncə sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb - VİDEO

Gəncə şəhər sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində şəhər sakini, 1990-cı il təvəllüdlü Osmanlı Rəsul Firuz oğlunun məhkəmə prosesi keçirilib. Belə ki, araşdırma zamanı R.Osmanlı 10 dekabr 2016-cı il tarixdə “Odnoklassniki” sosial şəbəkəsində tanımadığı şəxsin şəklinin altına rəy yazdığı üçün şəhər sakini, 1995-ci il təvəllüdlü Cahandar Rauf oğlu Alıyev ilə aralarında mübahisə yaranıb. Tərəflər görüşüb mübahisəyə aydınlıq gətirmək üçün mobil nömrələrini yazıblar və həmin gün axşam görüşərkən C.Alıyev öz iki dostu ilə R.Osmanlını döyüb. Hadisədən bir gün sonra R.Osmanlı yenidən C.Alıyevi görüşə çağırıb və onu bıçaqlayıb. Baş verən hadisə ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində Osmanlı Rəsul Firuz oğluna qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesi davam etdiriləcək.
"Report"
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












