Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi - FOTO

Gəncədə COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə ardıcıl işlər həyata keçirilir. Belə ki, şəhərin müxətlif ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri aparılır. İşlər yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş qəfəslərində, liftlər və onların ətrafında, oyun meydançalarında aparılır.
Gəncə şəhər İcra hakimiyyətindən verilən məlumatda bildirilir ki, tibbi-profilaktiki tədbirlər park və xiyabanları, ictimai iaşə obyektlərini, ümumilikdə insanların sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir. Sözügedən ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı və su çiləyici avtomobillərlə dərmanlanır.
Bununla yanaşı Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prossesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq Gəncənin bütün orta məktəb və körpələr evi-uşaq bağçalarında da mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri həyata keçirilir.
Ad - 00:20
Snickers
Qrafikə uyğun olaraq həyata keçirilən tibbi-profilaktik tədbirlərlə yanaşı Gəncədə mütəmadi olaraq təmizlik işləri də aparılır. İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin canlı qüvvəsi ilə yanaşı xüsusi texnikaları da cəlb edilirlər.








Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










