Gəncədə "Niva" yandı - Xəsarət alanlar var

Gəncə şəhərində yol qəzası baş verib. "Niva" markalı avtomobil maneəyə çırpılaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
Yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub. Bunlar Gəncə şəhər sakinləri - 1998-ci il təvəllüdlü Cavanşır Marif oğlu Abbasov və 1999-cu il təvəllüdlü Həsən Rizvan oğlu Həsənovdur.
Faktla bağlı araşdırma aparılır.
Report
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












