TƏHLÜKƏLİ VƏZİYYƏT: Sürücülər yolu qısaltmaq üçün görün nə edirlər - VİDEO
Gündəm 5 Avqust 2022 22:18 Oxunub 2470
TƏHLÜKƏLİ VƏZİYYƏT:  Sürücülər yolu qısaltmaq üçün görün nə edirlər   - VİDEO

Qəsəbənin yolayrıcından magistral yola çıxan maşınlar məsafəni qısaltmaq üçün geriyə hərəkət edərək qovşağa çıxır, daha sonra isə dönərək geri hərəkət edirlər. Bu isə hərəkət iştirkaçıları üçün təhlükəli vəziyyət yaradır. Sürücülər deyir ki, növbəti yolayrıcına qədər məsafə uzaq olduğundan qənəat məqsədilə bu cür hərəkət edirlər. Söhbət Gəncənin Məhsəti qəsəbəsindən magistral yola çıxan yolayrıcından gedir. 

 

Yolayrıcından şosseyə çıxan maşınlar sağa dönüb növbəti qovşağa getməkdənsə geri hərəkət edərək arxadakı qovşağa gedirlər.

 

Təhülkəli vəziyyət yaratsa da sürücülərin əksəriyyətinin bu cür davranmasının səbəbi isə olduqca sadədir.

 

Qəsəbədə yaşayanlar etiraf edir ki, bu cür təhlükəli davranış tez-tez qəzalara da səbəb olur. Ancaq məsafəyə və yanacağa qənaət etmək istəyi hər dəfə onları bu cür davranmağa vadar edir. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan isə bildirlib ki,yolayrıcı və qovşaqların yeri müəyyən edilərkən bir sıra amillər nəzərə alınır.Sözügedən ərazidə də məhz buna uyğun addım atılıb.Vətəndaşların iddia etdikləri yerdə yolayrıcının qurulması tıxaclara səbəb olacaq, həm də təhlükəli vəziyyətlərin yaranmasına səbəb ola bilər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh