Gəncənin kiçik qəhrəmanları - VİDEO

Bu, bir ailənin faciəsi deyil. Bu, erməni terrorunun, vəhşiliyinin nəticəsidir. Sevil və Hüseynin ata-anası Vətən Müharibəsinin şəhidləridir.
Avtosfer.az xəbər verir ki, bu yeniyetmə bacı-qardaşın davranışları azərbaycanlı uşaqların dəyanətinin göstəricisidir. Onlar bir ata və ananın övladları idi, bir gecədə Azərbaycan boyda ailənin üzvü oldular.
Bacı-qardaş ağrını ləyaqətlə yaşayır. Onların bu duruşu ilə düşmənə cavabdır.
Sevil və Hüseyn ləyaqəti ilə düşmənin bağırını çatladır. Düşmən nə terroru, nə də gecə saatlarında dinc əhaliyə raket hücumu ilə Azərbaycan vətəndaşını sındıra bildi. Bacı-qardaş Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparanların simvollarındandır. Onlar nümunəvi vətəndaşdırlar. Bunu ləyaqət, dözüm göstərməklə təsdiqlədilər. Sevil və Hüseyn təmkin nümayiş etdirməklə böyük ürək yiyəsi olduqlarını sübut etdilər. Onlar bu davranışları ilə ata-ansına rəhmət qazandırdılar, Vətənə xidmət etdilər.
Xatırladaq ki, Sevil və Hüseynin ailəsi Ermənistanın 11 oktyabr tarixində Gəncəyə atdığı raket zərbəsinin qurbanı olub.
Nərminə
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










