Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki belə olacaq - CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC yanvarın 12-dən etibarən istifadəyə veriləcək Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət qrafikini açıqlayıb. Bu barədə Avtosfer.az-a səhmdar cəmiyyətə istinadən xəbər verir. Məlumata əsasən, qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək. Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər. Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir. Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər. Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Hərəkət cədvəlini təqdim edirik:
Rusiyada azərbaycanlılara qarşı etiraz aksiyası - "Şəhəri tərk edin!" - VİDEO
AYB üzvlük haqqı ödəməyənləri xaric edəcək: "500 adamın ildə 15 manatı ilə dolanmaq olar?"
Farslar İsfahanda Qasım Süleymaninin heykəlini niyə yandırdı? - POLİTOLOQ
Bakıda bu ünvandakı bina söküləcək - 1340 AZN kompensasiya
“Lukoil”lə bağlı qərar verildi - Bu müddət ərzində …
“Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb
Prezident onu nazir müavini təyin etdi - FOTO
Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
30 yaşlı polkovnikə yüksək vəzifə verildi - GENERALDAN TƏYİNAT - FOTO
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ











