Gənclər yaxşı iş tapmaq üçün özlərini inkişaf etdirmir – MÜTƏXƏSSİSDƏN VƏTƏNDAŞLARA TÖVSİYƏ

Müasir əmək bazarında gənclərin iş tapmaqda üzləşdiyi problemlər həm işəgötürənləri, həm də gənclərin özlərini narahat edir. Ali təhsil aldıqdan sonra bəzi gənclər seçdikləri ixtisas üzrə deyil, tamamilə fərqli sahələrə yönəlirlər. Bəziləri isə universiteti bitirdikdən sonra öz bilik və bacarıqlarını inkişaf etdirmədən uzun müddət işsiz qalır.
Həmçinin təcrübə çatışmazlığı, yumşaq bacarıqların zəifliyi və real iş mühitinə uyğunlaşma çətinliyi də əsas maneələr sırasındadır.
Bəs gənclər işə qəbul zamanı ən çox hansı çətinliklərlə qarşılaşırlar?
Mövzu ilə bağlı insan resusları mütəxəssisi Rəşid Ağayev Avtosfer.aza açıqlamasında bildirib ki, gəncləri işə qəbul edərkən ilkin mərhələdə bir sıra problemlərlə qarşılaşırıq:
.jpg)
“Ən çox rast gəlinən problemlərdən biri budur ki, gənclər universitetdə aldıqları ixtisasa uyğun vakansiyalara müraciət etmirlər. Bəziləri universiteti bitirdikdən sonra bir müddət təhsilindən uzaq qalır, hərbi xidmətə gedir və geri döndükdən sonra da özlərini inkişaf etdirmirlər.
Bəzən vakansiya paylaşırıq – məsələn, mühasib vakansiyası – lakin müraciət edənlərin əksəriyyətinin ixtisası uyğun olmur. Ümumiyyətlə, namizədlərlə görüş keçiririk və bu zaman onların yalnız təhsili deyil, şəxsi keyfiyyətləri və potensialları da qiymətləndirilir. Məsələn, namizədin boş vaxtlarında nə ilə məşğul olduğuna, sosial aktivliyinə, fərdi inkişaf səviyyəsinə də diqqət yetiririk.
Elə hallar da olur ki, namizəd universiteti bitirib, müxtəlif kurslara gedib, özünü inkişaf etdirib, lakin yumşaq bacarıqları zəifdir. Bu cür hallarda həmin şəxslərlə işləmək çətinləşir. Çünki insan özünü təkmilləşdirə bilər, lakin xasiyyət və davranış forması qısa müddətdə dəyişmir.
Universitet tələbələri və məzunlar çalışmalıdırlar ki, ya ixtisaslarına uyğun vakansiyalara müraciət etsinlər, ya da dəyişmək istədikləri sahəyə uyğun kurslar keçsinlər, seminarlarda iştirak etsinlər. Bundan əlavə, təcrübə proqramlarına qoşulmaları da çox vacibdir. Məsələn, bizim şirkətdə də təcrübə proqramı mövcuddur. Banklar, iri şirkətlər və holdinqlərdə də bu cür proqramlar təşkil olunur. Gənclər boş vaxtlarını bu imkanlardan istifadə etməklə daha səmərəli keçirə bilər və gələcəkdə ya həmin şirkətlərdə, ya da başqa iş yerlərində rahatlıqla iş tapa bilərlər”.

Mütəxəssis qeyd edib ki, könüllülük proqramları da gənclər üçün çox faydalıdır. Məsələn, “ASAN Xidmət” və ya DOST Agentliyi kimi qurumlarda təşkil edilən təcrübə proqramları vətəndaşların praktiki bacarıqlarını artırmaq üçün olduqca unikaldır:
“Orada vətəndaşlarla işləmək, ofis və təşkilati proseslərdə iştirak etmək gənclərə təcrübə qazandırır və onları əmək bazarına daha yaxşı hazırlaşdırır.
Vakansiyalar arasında “kiçik mütəxəssis” səviyyəsində elanlar da olur. Bəzən çox bacarıqlı namizədlərlə qarşılaşırıq və həmin şəxsləri təcrübə proqramlarından birbaşa mütəxəssis kimi dəyərləndirə bilirik. Çünki artıq müəyyən qədər hazırlıqlı olurlar”.
Eltac Zülfüaroğlu
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










