"Gənclik Mall"ın yaxınlığında 27 yaşlı gənc bıçaqlanıb

Ötən gecə saat 12 radələrində Nərimanov rayonu ərazisində, "Gənclik" metro stansiyasının yaxınlığında 27 yaşlı Namiq İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə interaz-a daxil olan məlumata görə, N.İsmayılov çoxsaylı bıçaq xəsarətləri ilə 1 nömrəli Şəhər Kliniki Səstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Nəzər Əsgərov faktı SalamNews-a təsdiqləyərək bildirib ki, bəzi kütləvi informasiya vasitələrində "Gənclik Mall" ticarət mərkəzindən çıxan şəxsin kütləvi dava nəticəsində bıçaqlanması barədə xəbərlər yayılıb. Lakin gecə saat 12-də həmin ticarət mərkəzi bağlı olub və ərazidə heç bir kütləvi dava qeydə alınmayıb. Sadəcə, iki şəxs arasında mübahisə yaranıb və biri o birisinə kəsici-deşici alətlə xəsarət yetirib. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












