“Gənclik Mall”un qarşısında yeni problem – FOTO

Aprelin 15-də Bakıda regionun ən iri ticarət mərkəzi olan “Gənclik Mall”un açılışından sonra Fətəli xan Xoyski küçəsində sıxlıq yaranır. Avtosfer.az xəbər verir ki, buna səbəb sürücülərin maşınlarını ticarət mərkəzinin yanında saxlaması olur. Belə ki, “Gənclik Mall” ticarət mərkəzində 1000 avtomobillik parklama yeri olmasına baxmayaraq, bəzi sürücülər, eləcə də sərnişin daşıma ilə məşğul olan şəxslər, ticarət mərkəzinin yanında avtobuslar üçün nəzərdə tutulan “cibliyə” daxil olub, maşını saxlayırlar. Nəticədə avtobuslar Fətəli xan Xoyski küçəsinin ikinci, hətta üçüncü zolağında dayanmağa məcbur olurlar, bu səbəbdən sərnişinlər avtobuslara minmək üçün yolun ortasına çıxırlar. Avtobusların arxası ilə hərəkət edən sürücülər isə digər nəqliyyat vasitələrin yoluna çıxmamaq üçün məcbur olub avtobusun hərəkətə başalamasına qədər ərazidə gözləsinlər. Nəticədə sıxlıq yaranır.
Məsələ ilə bağlı oxu.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) bölmə rəisi, polkovnik Vaqif Əsədov açıqlama verib. Şöbə rəisi bildirib ki, polis əməkdaşı mütamadi olaraq dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reydlər keçirir, lakin buna baxmayaraq, şəhərin bəzi yerlərində polis əməkdaşı uzaqlaşandan sonra bu qanun pozuntusu təkrarlanır: “Ərazidə yerləşən ticarət mərkəzi avtomobillərin duracağı üçün bir neçə mərtəbəli dayanacaq yaradıb. Lakin buna baxmayaraq, bəzi işbazlar yolun hərəkət hissəsində dayanaraq haqlı olaraq narazılıqlar yaradırlar. Belə çıxır ki, DYP əməkdaşı gün ərzində orda dayanmalı və yaxınlaşmaqda olan avtomobilə “dayanma” deməlidir?”. Əgər sürücülərimiz ərazidə polis olmadığı halda, “dayanma”, “durma” qaydalarını pozurlarsa və bundan yorulmurlarsa, onda onlar bilməlidirlər ki, bizdə DYP əməkdaşı olaraq, onları məsuliyyətə cəlb etməyə yorulmayacağıq”.
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?










