General: "Azərbaycan 500 km mənzilli raket almaq istəyir"

Azərbaycan Silahlı Qüvvələri uzaqmənzilli operativ-taktiki raketlərin əldə edilməsi üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, bu barədə azeridefence-yə Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov deyib.
General Z.Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır. "Düzdür, biz heç bir dövlətlə müharibə eləmək istəmirik. Amma məşhur bir atalar sözü var: "sülh üçün hərbə hazır olmalısan". Silah da məhz buna lazımdır.
O ki qaldı düşmənin hansısa obyektini vurmağa, bu gün ermənilərin işğal altındakı ərazilərimizdə olan bütün hərbi obyektlərini dəqiqliklə vurmağa əlimizdəki silah sistemləri tam imkan verir. Düşmənin hər hansı obyektini nöqtə atəşi ilə vura bilərik. Ali Baş Komandan əmr versə, İrəvanı vura bilərik", - deyə general vurğulayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












