General Həsən Şirinov təqaüdə göndərilib? - AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ), qurumun rəis müavini, general Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. BŞBPİ-nin mətbuat xidmətindən bakipost.az-a verilən məlumata görə, H.Şirinov hazırda məzuniyyətdədir və təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Qeyd edək ki, dünən mətbuatda Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın və bir polkovnikin polis orqanlarından təqaüdə göndərilməsinə dair əmr imzalaması ilə bağlı məlumatlar gedib. Məlumatda nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayevlə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Həsən Şirinovun da xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi bildirilir.
Sadiq Gözəlov və Şərif Əsədullayevlə bağlı xəbər rəsmi təsdiqini tapıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












