Generala ərə gedən xanım digər generalın bacısı qızıdır - FOTO

Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış hərbi-siyasi ailəyə mənsub olmasıdır. Belə ki, o, gömrük general-mayoru Ehtiram Xəlilovun bacısı qızıdır.

Ehtiram Xəlilov
Həcər Mirzəyeva hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilat xətti üzrə məsul vəzifədə çalışır. O, Agentlikdə YAP Binəqədi ərazi təşkilatının sədr müavini vəzifəsini icra edir.
Təhsilinə gəlincə, Həcər Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Daha sonra Finans və Kredit ixtisası üzrə magistratura təhsilini başa vurub.

Həcər Mirzəyeva
Siyasi fəaliyyətə isə erkən yaşlardan qoşulub. O, 2009-cu ildən Yeni Azərbaycan Partiyasının könüllü üzvü olub. 2021-ci ildən etibarən isə Milli Aerokosmik Agentlikdə YAP-ın Binəqədi ərazi təşkilatında sədr müavini kimi fəaliyyət göstərir.
İş fəaliyyəti dövründə Həcər Mirzəyeva bir sıra mükafatlara layiq görülüb. O, "Peşə medalı” ilə təltif edilib, həmçinin Binəqədi rayon YAP təşkilatı üzrə "İlin ən fəal gənci” nominasiyası üzrə Fəxri Fərman alıb.

Qeyd edək ki, general-mayor Nazim Əliyevin bu evliliyi həm yaş fərqi, həm də ailələrin yüksək vəzifəli şəxslərlə bağlılığı səbəbindən cəmiyyətin diqqət mərkəzindədir.
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
“McDonald’s”dan sifariş verdiyi yeməkdən narazı qalıb pulunu geri istədi; görün nə baş verdi - ŞİKAYƏT
Təhlükəsizlik kəməri problemi; bu marka avtomobillər geri çağırılır
Mərkəzdə yeraltı keçid sahibkarlara satılır; şəhərin görünüşü pozulur – MEMAR – FOTO
Finlandiya müdafiə nazirinin açıqlaması ölkəni Rusiya tərəfdaşı kimi göstərir? – Deputat AÇIQLADI
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Köhnə standartlar şəhərlərin inkişafına mane olur? – Ekspert AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Masazırdakı bu yolun vəziyyətindən sürücülər NARAZIDIR - VİDEO










