Generalın Çexiyada villa almasına – RƏSMİ MÜNASİBƏT

Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın Karlovı Varı şəhərində villasının olması xəbərinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Ehsan Zahidov femida.az-a açıqlamasında bildirib ki, Karlovı Varıda villa sahibi olan Sahib Mirzəyev əslində başqa şəxsdir: “DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb. Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə Bakı şəhərində anadan olmuş və 2001-ci ildən Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












