“Göllər” quruduldu, ortaya başqa problem çıxdı – VİDEO

Bir neçə gündür günəşli hava müşahidə olunur. Amma bəzi ərazilərdə yağış suları hələ də qurumayıb. Xüsusilə də Binəqədi və Sabunçu rayonlarında indi də gölməçələrə rast gəlinir. Ekoloqlar bu problemin təbiətə kobud müdaxilənin nəticəsi olduğunu deyirlər. Avtosfer.az xəbər verir ki, gölməçəyə görə ərazidən nə avtomobil keçə bilir, nə də piyada...
İnsanlar Binəqədi və Sabunçu rayonları ərazilərində rast gəlinən bu vəziyyəti bir neçə gün əvvəl yağan intensiv yağışlarla əlaqələndirsələr də, ekoloqlar problemin kökünün daha dərində olduğunu deyirlər. Ekoloq Telman Zeynalov bu problemin təbii proseslərə müdaxilənin nəticəsi olduğunu deyir. Onun sözlərinə görə, tikinti və infrastruktur işləri aparıldığı zaman qrunt sularının qarşısı kəsilir və başqa istiqamətə yönəlir. Nəticədə isə azca yağıntı olan kimi torpaq ağır gil qatı üzərindən sürüşüb, aşağıya doğru hərəkət edir. Göllərin qurudulması isə həmin ərazilərdə torpaq sürüşməsi riskini də artırır.
Ekoloqun sözlərinə görə, ölkə ərazisində əksər yerlərdə torpağın tərkibi ağır gildən ibarətdir. Bu isə təhlükənin miqyasını daha da artırır. Ekoloq deyir ki, bütün bu problemləri həll etmək üçün təbiətə müdaxilə dayandırılmalı və göllər qurudulmaq əvəzinə, bərpa olunaraq təbiətə qaytarılmalıdır.
Mütəxəssislərə görə, qrunt sularının səviyyəsinin qalxmaması üçün onları təmizləyici qurğular vasitəsilə dənizə axıtmaq olar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












