Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək:
- bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda;
- düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə;
- gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.
Həmçinin qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün olacaq.
Qanun layihəsinə əsasən, qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.
Qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanı tərəfindən ləğv ediləcək.
Bununla yanaşı, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilən ilkin məlumatlar həmin məlumatların tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul ediləcək.
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA












