Gömrük Komitəsi: “Sınıq Körpü” ilə bağlı yayılan xəbərlər əsassızdır

Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda süni şəkildə sıxlığın yaradılması barədə bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib. Avtosfer.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir: “Bu gün bəzi kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstan- Azərbaycan sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlığın yaranması, vətəndaşların və nəqliyyat vasitələrinin sərhədi keçmək üçün saatlarla gözləməsi barədə əsassız məlumatlar yayılıb. Üstəlik məlumatda o da bildirilir ki, sıxlıq süni şəkildə yaradılır və buna etiraz olaraq vətəndaşlar sərhəddə aksiya keçirib. Dövlət Gömrük Komitəsi bildirir ki, bu məlumatların heç bir əsası yoxdur və “Sınıq Körpü” gömrük postu gün ərzində normal iş rejimində fəaliyyət göstərib. Sıxlığın süni şəkildə yaradılması və buna etiraz olaraq vətəndaşların aksiya keçirməsi barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil. Hazırda da “Sınıq Körpü” gömrük postunda avtomobillərin və piyadaların keçidi qanunvericiliyə uyğun şəkildə, gömrük prosedurlarına uyğun vaxt ərzində həyata keçirilir və hər hansı sıxlıq müşahidə olunmur”.
Elmin
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI














