Gömrük rüsumlarının artırılması üçün hökumətə müraciət edilib

«Əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilirdisə, bu il yanvarın 1-dən etibarən mallar idxal edilən zaman ƏDV-yə cəlb edilir”. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev deyib. O qeyd edib ki, DGK-nın büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq. “Bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir. Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur”, – deyə S. Mehdiyev bildirib.
O əlavə edib ki, Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib: “Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil”.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












