Gömrükçülər aksiz markası olmayan araq və siqaret aşkar edib - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşından külli miqdarda aksiz markası olmayan araq və siqaret aşkar edib. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, DGK-nin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn mikroavtobusa gömrük baxışı keçirilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan aksiz markası ilə markalanmamış 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd xarici markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI













