Banner

Gömrükçülər İrandan gələn xurma yükündə dərman preparatları aşkarladı - FOTO

Gündəm 29 Noyabr 2021 13:57 Oxunub 912
Gömrükçülər İrandan gələn xurma yükündə dərman preparatları aşkarladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar. Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, İrandan ölkəmizdən tranzit keçməklə Rusiyaya xurma yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili "Astara" gömrük postunun idxal yoxlama xəttində saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının alt hissəsində, yataq yerinin altında, nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsində və iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində gömrük nəzarətindən gizlədilən 1215 həb, 122 flakon, 5 ədəd şprisdə maye halında olan müxtəlif adda dərman preparatları, 73 ədəd dərman preparatına aid olan karton qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh