Gömrükçülər tranzit narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və güclü təsiredici maddənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılması cəhdinin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Tehran-Bakı-Aktau aviareysi ilə Azərbaycana gələrək Qazaxıstana getmək istəyən Qazaxıstan Respublikasının vətəndaşı Kazak Akhmada məxsus baqaj yoxlanılıb. Nəticədə, üzərində “Methadone 25” sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə və üzərində “200” rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb aşkar edilib. Faktla bağlı izahatında adıçəkilən vətəndaş bildirib ki, şüşə qabda olan mayeni və həbləri müalicə məqsədilə İran İslam Respublikasının Qorqan şəhərində alıb. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində “Methadone 25” sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin ümumi təmiz çəkisi 0,3 qram təşkil edir. Üzərində “200” rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb isə tramadol həbləridir və onlarda təsiredici maddənin miqdarı isə 7,8 qram təşkil edir.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına, tramadol isə “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












