Gömrükdə daxili orqanında qızıl keçirən sərnişin tutuldu - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlamadan öncə vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib. Bundan sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 10 ədəd üzük, 51 ədəd sırğa cütü, 4 ədəd qolbaq, 3 ədəd qolçaq, 3 ədəd sırğa-üzük dəsti, 2 ədəd kulon, 42 ədəd boyunbağı və 16 ədəd kulonlu boyunbağını çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 265,34 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Fidan
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












